Azərbaycanda işsizlərin rəsmi sayı AÇIQLANDI
2023-cü ildə 206 min 411 nəfər işsiz kimi qeydiyyata alınıb.
Redaktor.az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə hesabatında əksini tapıb.
Məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarında işsiz kimi qeydiyyata alınanlardan 90 min 905 nəfəri qadınlar, 115 min 506 nəfəri isə kişilər olub.
Qeyd edək ki, 2022-ci ildə bu rəqəm 21 min 572-si qadın, 32 min 14-ü kişi olmaqla ümumilikdə 53 min 586 nəfər olub.