“İcra Hakimiyyətləri bu işlə sanki zorla məşğul olurlar” - Sədaqət Qəhrəmanova

 16:03 20.05.2024     508

“Bu gün hələ də məişət zorakılığının qarşısının alınması istiqamətində görüləcək işlər var”. 

Redaktor.az xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova parlamentdə qurumun ötənilki hesabatı ilə bağlı danışarkən deyib. 

“Bu sahədə fəaliyyət göstərən monitorinq qruplarının işi gücləndirilməlidir. Onların özlərində bu işə yanaşmada istək və həvəs olmalıdır. Çünki bəzən müşahidə olunur ki, İcra Hakimiyyətləri bu işlə sanki zorla məşğul olurlar. Onlardan hesabatları çətinliklə əldə edirik”, - sədr müavini bildirib.