Uşaqlara qarşı virtual aləmdə zorakılıq əməlləri geniş yayılır - Deputat

 12:30 21.05.2024     334

Təcrübəsi və informasiyası az olan, düşünmə qabiliyyəti o qədər də güclü olmayan uşaqlara qarşı virtual aləmdə zorakılıq əməlləri geniş yayılır. Bu kimi hallara qarşı nəzarət tədbirləri olmalıdır.

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı parlamentin mayın 21-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün hələ də ölkədə erkən nikah, zorakılıq, dilənçilik, xüsusilə də uşaqların məcburi əməyə cəlb olunması faktları az deyil:

“Bu kimi hallara qarşı mübarizədə cinayət təqibi ilə yanaşı, geniş maarifləndirmə işlərinə də ehtiyac var. Azərbaycanda insan alveri ilə bağlı qanunvericilik bazası mükəmməl olsa da, onların icrası ilə əlaqəli nəzarət mexanizmi gücləndirilməli, mütəmadi monitorinqlər təşkil olunmalıdır. Bu gün virtual internet problemi hər kəsi narahat edir”.