Deputatdan dəfn müavinətləri ilə bağlı TƏKLİF
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bəzi kateqoriyadan olan vətəndaşlara dəfn müavinətlərinin verilməsini təklif edib.
Redaktor.az xəbər verir ki, M.Quliyev komitənin bugünkü iclasında bildirib ki, bunun üçün təxminən 10-12 milyon manat vəsait lazımdır.
Onun sözlərinə görə, Azərbaycan dövləti vətəndaş doğulandan ölənə qədər onu himayə edir, qayğı göstərir:
“Pensiya, sosial müavinət alanlar, işləyənlər, işsizlikdən sığorta alanlar dəfn müavinəti ilə təmin olunur. Hörmətli Sahil müəllim (əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev-red.), kiçik bir kateqoriya da var, təxminən 10-12 milyon vəsait lazımdır ki, işləməyən və ya sığorta məbləği az olan vətəndaşlarımızın dəfn müavinəti məsələsini gündəmdə saxlayasınız. Bununla bağlı komitə adından aidiyyəti üzrə məktublar göndəriləcək”.