Nazir vətəndaşın pensiya seçimi hüququna aydınlıq gətirdi

 12:17 22.05.2024     506

Bəzən vətəndaşlar pensiya almaq üçün iki hüququnun olması barədə məlumatsız olur.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, əgər vətəndaşın eyni anda iki hüququ yaranarsa, misal olaraq, həm ailə başçısını itirməyə, həm də yaşa görə pensiya almaq hüququ yaranırsa, mövcud qanunvericiliyə əsasən, bir pensiyadan digərinə keçid yalnız onun yazılı müraciətindən sonra baş verə bilər:

"Vətəndaş desə ki, sırf yaşa görə yox, ailə başçısını itirməyə görə pensiya almaq üçün müraciət edir və hüququ təmin edilə bilər. Biz birbaşa ən yüksək pensiya hansıdırsa, onu təyin edəcəyik. Bu təqribən ilə 6-7 min insanı əhatə edəcək. Bəzən heç onların məlumatı da olmur ki, onların iki hüququ var. Məsələn, yaşa görə pensiyasını alır və bilmir ki, həyat yoldaşı vəfat etdikdən sonra onun pensiyasının şamil olunması ilə pensiya məbləği artırıla bilər. Vətəndaşın məlumatı olmasa da, “Əmək pensiyaları haqqında” qanuna təklif olunan dəyişikliklə bunu elektron qaydada təmin edəcəyik".