"Nikah yaşına çatmayanlara dini kəbin qadağan edilir" -Aynur Sofiyeva
Nikah yaşına çatmayan şəxslərə dini kəbinin kəsilməsi qadağan edilir.
Redaktor.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva "Yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş hüquq pozuntularının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda elmi-praktiki konfransda çıxış edərkən deyib.
O qeyd edib ki, uşaq hüquqları ilə bağlı yeni hazırlanan qanunda bu kimi bir çox önəmli məqamlar öz əksini tapıb.