"Bu məsələ hamımızı dərindən narahat etməlidir" - Zahid Oruc

 13:26 24.05.2024     579

"Dövlətin ailə siyasətinin tam mənzərəsini yaradan Məlumatın tərtibi, strukturu, yeni sahələri əhatə etməsi və mötəbər məlumat bazasına görə hörmətli Bahar Muradovaya təşəkkür edirik". 

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

O söyləyib ki, sənəd beynəlxalq hesabatlardan irəli gələn öhdəliklərə dair cavabları da özündə əks etdirir:

“Dövlət Komitəsi tərəfindən həyata keçirilən siyasətin ötən illərdə daha da təkmilləşməsi, sahəvi qurumlar arasında koordinasiyası və mediaya açıqlıq, yüzlərlə yardım, maarifləndirmə və dəstək tədbirləri yüksək alqışa layiqdir. İlk növbədə, erkən nikahlarla bağlı məsələyə bir daah diqqəti cəlb etmək istərdik. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Mılumatının müzakirəsi zamanı çıxışımızda yer almışdı. Xatırlatmaq istərdik ki, DİN Baş İdarəsi tərəfindən 293 erkən nikaha cəhdin qarşısının alınması ilə faktını bir daha qabartmaqla yanaşı, valideynlər və orta əsri-arxaik ənənələri əldə əsas götürmək istəyən qüvvələrin təhriki ilə artıq qurulan erkən yaşlı qızlarla ailələrdə doğulan uşaqların sayı hamımızı dərindən narahat etməlidir. Dövlət Statistika Komitəsinin bir daha rəsmi məlumatına xatırlatmaq yerinə düşər: 2022-ci ildə 15-17 yaşda olan uşaqlar tərəfindən 2011 uşaq dünyaya gəlib, onlardan 1880-i həmin qadınların birinci, 120-si ikinci, 11-i isə üçüncü uşaq olub”. Ona görə də nikah yaşı ilə bağlı mövcud qanunumuzda əksini tapan norma faktiki uşaq istsimarı kimi ən ağır cinayətlərə yol açır.  Təsəvvür edin, özü uşaqkən ana olan belə övladları fiziki və psixoloji zorakılığa cəlb edən valideynlər, tərəf müqabilləri və ənənələr istismarçı kimi ən ağır cəzaya layiqdilər. Ona görə də təklif edirik ki, məlum norma qanunvericilikdən çıxarlsın”.

Zahid Oruc bildirib ki, ikincisi, boşanmalarla bağlı Məlumatda yer alan təhlillərin üzərində dayanmağı vacib sayırıq:

“İlk baxışda, təkcə son iki ildə, yəni, 2022-ci il üzrə 16 minə, 2023-cü ildə isə 22 minə yaxın olması, birlikdə 38 minə yaxın boşanma faktı səthi yanaşdıqda yanlış qənatələr yaradır, azərbaycanlı ailə modelinin kəskin aşınmaya məruz qaldığını nümayiş etdirir. Halbuki ölkə başçısının daim vurğuladığı kimi, köklü ailə dəyərlərinin qorunmasının vacibliyi, xarici basqılar qarşısında dayana bilməsi, Qərbin gender bərabərliyi adı altında özünün, yaxud yad modellərinin ixracının qarşsıının alınması zərurəti hər birimizin həyat düsturudur. Lakin daha obyektiv təhlillər tamam fərqli mənzərə yaradır. Belə ki, son 10 ildə boşananların ümumi sayı 138 min təşkil etdiyi halda biz onun digər indikatorlar vasitəsilə əsaslanmadığı görünürük. Yəni, kim deyə bilər ki, saxta evliliklər kimi, fake boşanmalar qeyd olunan qorxunc statistikada özünü göstərmir. Bəs həqiqi və dürüst mənzərəni necə ortaya çıxarmalı? Hesab edirik ki, sözügedən sahədə daha peşəkar fəaliyyəti həyata keçiriən və ailə münahisələri sahəsində ağırlığı öz üzərinə götürən, dövlət maliyyələşməsi olmadığı halda kiçik ödəmələr hesabına ailə kimi müqəddəs institutun qorunması ilə bağlı fədakar tədbirləri həyata keçirməsi boşanma statistikaları sahəsində də bir sıra qanunsuz maraqlardan irəli gələn faktların nəzərə alınmasını bizdən tələb edir. Belə ki, saxta boşanmalar kütləvi hal almaqdadır. Onun səbəbləri üzərində indi dayanmaq istəmirik, çünki gerçək məqsədlərin göstərilməsi xalqımızın əleyhinə platformalarda istifadəyə rəvac verə bilər. Lakin həqiqət ondan ibarətdir ki, vətəndaşlarımızın müxtəlif niyyətlərlə süni, gerçək olmayan ayrılmaya getməsi, reallıqda təsdiqini tapmayan nikahın pozulması faktlarının, qərarlarının qarşısının alınması üçün müvafiq Hökumət qurumları ilə birgə tədbirlərə ehtiyac var. Qapalı müzakirlərdə biz Mediasiya Şurası tərəfindən verilən mötəbər məlumatları təqdim edərək onun müzakirəsində yaxından iştiraka hazırıq. Xatırlatmaq istərdik ki, xalqımızın son 100 illik tarixində ən az boşanma ikinci dünya müharibəsindən sonra olub-cəmi 310 nəfər. 

Beləliklə, gerçək borşanmaların üzərindən çıxış edərək, tam əminliklə deməyə bilərik ki, azərbaycanlı ailələr qorunur, möhkəmdir və millətimizin, dövlətimizin sarsılmaz əsası kimi öz bütövlüyünü saxlayır. Bir daha o fikri ayrıca vurğulayaq ki, 30 ildən sonra qazandığımız parlaq Qarabağ Zəfəri, ərazi və suverenlik bütövlüyü, həm də  “qaçqın və məcburi köçkün ailələr” məfhumunu tarixə qovuşdurmaqla, gələcəkdə öz doğma torpaqlarında doğulub böyüyən, öz isti evini, ocağını və şəxsi həyatını qurub-yaradan, bir daha o yurdları tərk etməyən bütöv azərbaycanlı ailələr deməkdir.Ona görə də təmsil etdiyim Mərkəzin keçirdiyi tədbirdə irəli sürdüyümüz təklifi parlament tribunasından da səsləndirmək istərdik. Belə ki, Vətən müharibəsində parlaq Qələbəni qazanan bir xalqın öz “Milli Ailə günü” olmalıdır. Çünki hərbi uğurumuz həm də ailə institutunun güclənməsi və möhkəmlənməsi deməkdir. Ölkəmizin müdafiə qabiliyyətini formalaşdıran, müasir hərbi texnologiyaları hərəkətə gətirən və sosial rifahı təmin edən qüvvə məhz ailə təsisatıdır. Onun sarsılmazlığı, bütövlüyü və müqəddəsliyi sərhədlərinin qorunması qədər vacibdir”, - deyə deputat bildirib. 
O əlavə edib ki, gəlin, bütün virtual şəbəkələrdə paylaşılan və 44 günlük müharibədə azərbaycanlı ailəsinin bənzərsiz mənzərələrini, qəhrəmanlıq tablolarını əks etdirən bir sətirlik hekəyələri yenidən xatırlayaq:

• Həyat yoldaşının cansız cismini zərif çiyinlərində daşıyan qadın,

• Əli, qolu olmaya- olmaya “mən Vətən üçün heç nə edə bilmədim”, deyən qəhrəman,

 • Ürəyində qəlpə ola-ola “canım qurban bu Vətənə”, deyən əsgər,

• Oğlunun məzarında “Xocalının qisasını almısan, buna görə ağlamıram” deyən ana,

• Can verəndə “qızım üçün darıxıram”, deyən əsgər,

• Oğlunun tabutu gələndə xonça ilə qarşılayan ana,

• Hospitalda can verərkən “axı niyə Şuşanı görmədim”, deyib Suqovuşanda yaralanan döyüşçü,

• Oğlunun cənazəsi gələn yolu əyilib öpən və "südüm sənə halal olsun oğul", deyən ana,

•  Hər qızının bir oģlunu, 2 şəhid nəvəsini Vətən sag olsun deyərək, dəfn edən nənə və Baba,

•  44 günlük müharibədə iştirak etdiyini yalnız müharibə bitdikdən sonra valideynlərinə xəbər verən oğul,

• Şəhid övladını dəfn edərkən məzarlıqda ikinci oglunun da ölüm xəbərini alan, “yeganə təsəllim Qarabagın büsbütün ermənilərdən azad olunması ola bilər” deyən , eyni gündə iki oglunu şəhid verib tək qalan ana,

•  Evini itirən, oğlunu, gəlinini, iki nəvəsindən birinin cəsədini dağıntılar altından çıxaran və digərini axtara-axtara "Vətən sağ olsun", deyən gəncəli ana və sair.

Gördüyünüz kimi, bir cümləyə yerləşən, lakin bir ölkəyə sığmayan qəhrəmanlıq hekəyələrini yaradan ata və oğullar, ana və qızların hamısı vahid bir ailənin övladlarıdır! Dünyada bərabəri görünməyən azərbaycanlı ailələrin səlnaməyə çevrilən müharibə tarixidir. Lakin müasir kommunaksiya əsrində ən böyük sual budur: ”biz nə qədər parlaq nümunələri kütlkəviləşdirə, tirajlaya, onu simvollara çevirə bilmişikdir”dir. Bir daha Məlumatın özündə ehtiva etdiyi mühüm işləri təqdir edir, onu müsbət qiymətləndirdiyimizi bildiririk”.

Humay İSGƏNDƏRLİ