Deputat fondun xərclərinin artırılmasının əleyhinə çıxdı
![](https://img.redaktor.az/news/2024/05/photo_242209.jpg)
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) aparatının və yerli bölmələrinin saxlanılması xərclərinin 5 milyon manat artırılması istəyini tənqid edib.
Redaktor.az xəbər verir ki, deputat mövqeyini parlamentin bu gün keçirilən plenar iclasında açıqlayıb.
"Əgər elektron xidmətlər istifadə artırsa, niyə DSMF-nin idarəetmə xərcləri artırılır? Əksinə, Fondun xərcləri azaldılmalıdır", - deyə o qeyd edib.