Nazirlikdən pensiya artımı barədə AÇIQLAMA
![](https://img.redaktor.az/news/2024/05/photo_242213.jpg?v=MDg6MTkyMDI0LTA1LTI0IDE3OjE5OjI3)
Pensiya artımları ilə bağlı qərar olarsa, biz bunu bölüşəcəyik.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
Nazir müavini bildirib ki, hələlik belə yekun qərar yoxdur:
“Biz ötən ilin payızında builki DSMF büdcəsini hazırlayanda orta aylıq əməkhaqqına uyğun pensiya artımını 9,8 faiz hesablamışdıq, amma yekunda nəticə daha müsbət oldu və 10,2 % artım oldu”.