Xaricdən qaytarılan pomidor daxili bazara ötürülür - VİDEO
Cari ildə Azərbaycandan xaricə göndərilən pomidorlarla bağlı doqquz nöqsan aşkarlanıb.
Redaktor.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sektor müdiri Vəfa Rüstəmovanın sözlərinə görə, xaricə göndərilən pomidorlarda zərərli nüans aşkarlandıqda o, -geri qaytarılır:
"Həmin pomidorlarda risk əsaslı müayinələr aparılır. Buna əsasən məhsul məhv edilə və ya təyinatı üzrə geri qaytarılaraq daxili bazara ötürülə bilər".
Daha ətraflı Xəzər TV-nin süjetində: