Bakıda dünən açılmayan küçə sürücülərdə çaşqınlıq yaratdı
![](https://img.redaktor.az/news/2024/05/photo_242775.jpg?v=MDg6MzgyMDI0LTA1LTMwIDEzOjI2OjM3)
Mayın 23-də səhər saatlarından bağlanan 8 Noyabr prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsi hələ də açılmayıb.
Redaktor.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agenltiyi (AAYDA) yolun mayın 29-da saat 22:00-da açılacağı barədə məlumatyaysa da, hərəkət bərpa edilməyib.
Bu da sürücülər arasında çaşqınlığa səbəb olub.
Qeyd edək ki, artıq bir neçə aydır ki, 8 Noyabr prospekti hissə-hissə olmaqla təmir edilir.