Bakının mərkəzindəki bu işıqfor piyadalar üçün təhlükə yaradır - VİDEO
Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən işıqfor piyadalar üçün böyük təhlükə yaratmaqdadır.
Sözügedən işıqfor Ağa Nemətulla və Təbriz küçəsinin kəsişməsində (metronun "Nəriman Nərimanov" stansiyasının yanında) yerləşir.
Redaktor.az problemlə bağlı Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi ilə əlaqə saxladı. Qurumun mətbuat xidmətindən bildirildi ki, qeyd olunan yolda svetoforların iş prinsipi ilə bağlı heç bir problem yoxdur.
"Ərazidə sürücü və piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün 3 fazalı vaxt rejimində çalışan svetoforlar işləyir. Belə ki, Fətəli Xan Xoyski prospektindən gələn avtomobillər svetoforun qırmızı işığında dayanmalarına baxmayaraq, Heydər Əliyev prospektindən gələnlər üçün svetoforun yaşıl işığı yanmaqdadır. Bu səbəbdən də piyadalar üçün svetoforun qırmızı işığı yanmaqda davam edir. Yalnız hər iki istiqamətdən gələn avtomobillər üçün svetoforun qırmızı işığı yandığı halda piyadalar yolu təhlükəsiz keçə bilərlər”, - deyə mərkəzdən bildirildi.
Qeyd olunan problemlə bağlı əməkdaşımızın çəkdiyi videogörüntünü təqdim edirik:
Yusif SƏMƏDZADƏ