"Sosial şəbəkələrdə süni intellektdən montaj-şantaj vasitəsi kimi istifadə edilir"

 11:32 06.06.2024     294

"Süni intellekt texnologiyaları sürətlə inkişaf edir. Sosial şəbəkələrdə artıq süni intellektdən montaj-şantaj vasitəsi kimi istifadə edilir".

Redaktor.az xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti idarə rəisi Tural Məmmədov Dövlət qurumları İT rəhbərlərinin IV Zirvə Toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, bu kimi hallarla rastlaşmamaq üçün ehtiyatlı olmalıyıq:

"Daxili İşlər Nazirliyi tərəfindən yayılan məlumatlardan birinə diqqət edin: "Sosial şəbəkələrdə qadınların şəkillərini montaj edərək yayan şəxs saxlanılıb". Texnologiya bir az daha inkişaf etdikdən sonra bu kiberhücumları müəyyən etmək daha da çətinləşəcək.

Biz bununla bağlı dövlət qurumlarına da zəruri məlumatlar veririk. Dövlət qurumlarına lisenziyasız proqramların istifadəsindən yarana biləcək (pirat proqram təminatları) təhlükələr barədə məlumat verilib.

Pirat proqramlarından istifadə üzrə dünya reytinqində ilk 20-likdə olan qonşu ölkələrdən Rusiya, İran, Türkiyənin adını çəkə bilərik. Bu proqramlardan daha çox maliyyə və bank sistemlərində tətbiq edilir. Rusiya istiqamətində təhdidlər məxfi məlumatların oğurlanması və "qara bazar"da satılma halları üstünlük təşkil edir".