“Bakubus”da yenilik - VİDEO
“Bakubus”a məxsus avtobuslarda sürət həddi endirilib.
Redaktor.az xəbər verir ki, “Xəzər” TV-yə istinadən xəbər verir ki, sərnişinlərin avtobusların gecikməsi ilə bağlı şikayətlərindən sonra məlum olub ki, bunun səbəblərindən biri də sürət limitinin aşağı slaınmasıdır. Bildirilib ki, sürət həddi saatda 50 km-ə endirilib.
Sürücülərin sözlərinə görə, yeni sürət limiti artıq 1 aya yaxındır, tətbiq edilib. Bu da gecikmələrə səbəb olur.
Məsələ ilə bağlı “Bakubus” MMC-dən bildirilib ki, bu qərarın verilməsinə səbəb qəzaların sayının artması olub: “Qərar sözügedən avtobuslar üzrə qəza statistikasına müsbət təsirini göstərib. Belə ki, qəzaların sayı 40 faiz azalıb. Hazırda xüsusi avtobus zolaqlarının genişləndirilməsi üzrə işlər davam etdirilir. Avtobus zolaqlarının üstün cəhətlərindən biri təhlükəsiz və operativ sərnişindaşımanın həyata keçirilməsidir”.