Bu tarixdə pensiyalar tam ödəniləcək
![](https://img.redaktor.az/news/2024/06/photo_243900.jpg)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iyunun 14-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılmasını nəzərdə tutub.
Bu barədə Redaktor.az-a Fonddan məlumat verilib.
Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.