Azərbaycanda pay torpaqlarının təyinatının dəyişdirilməsi təklif olunur
![](https://img.redaktor.az/news/2024/06/photo_243991.jpg?v=MDU6MjYyMDI0LTA2LTExIDEyOjI1OjIx)
Azərbaycanda kənd təsərrüfatı təyinatlı pay torpaqlarından çox vaxt təyinatı üzrə istifadə olunmur.
Redaktor.az xəbər verir ki, bunu deputat İqbal Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında - "Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Bu torpaqların təyinatının dəyişdirilməsi üçün qanun qəbul edilməli, kənd təsərrüfatı təyinatlı pay torpaqları invntarizasiya olunmalıdır: "Təklif edirəm ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti inventarizasiya həyata keçirsin. Bildiyimiz kimi 90-cı illərdə pay torpaları verildikdən sonra insanların çoxu bu torpaqlarda ev tikib. Artıq uzun müddət keçib və insanları evlərindən çıxarmaq da olmur", - deyə o qeyd edib.