Bütün sosial ödənişlər bu tarixdə tam ÖDƏNİLƏCƏK

 14:37 11.06.2024     879

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Qurban bayramı ilə əlaqədar iyun ayının bütün pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımları qrafikdən əvvəl olmaqla iyunun 14-də tam ödəniləcək.

Bu barədə Redaktor.az-a Fonddan bildirilib.

Bundan əvvəl, iyunun 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyun ayının pensiyaları artıq ödənilib.