“Batya Vasmoyski” işə bərpa olunub? - AÇIQLAMA
Əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, narkotik istifadəçisi olduğunu bildirən "Batya Vasmoyski” ləqəbli Bəxtiyar Ağaməmmədovun paytaxt ərazisində 40 saylı müntəzəm marşrut xətti üzrə sürücü kimi çalışması haqda xəbər yayıldı. Məsələnin ictimailəşdirilməsindən sonra "Batya" işdən azad olundu. Bunun ardınca bloger Nail Kəmərliyə müsahibə verən "Batya" bildirdi ki, o tam sağalıb və işləməyə hazırdır.
Redaktor.az xəbər verir ki, son günlər isə sosial mediada onun yenidən işə bərpa olunması ilə bağlı video görüntülər yayılıb.
Məsələ ilə bağlı "azxeber"ə açıqlama verən ictimai fəal, bloger Nail Kəmərli məlumatların həqiqəti əks etdirmədiyini bildirib:
"O bir neçə il öncə çəkilmiş videodur. Təəssüflər olsun ki, hazırda Bəxtiyar yenə də işsizdir. Çünki həmin avtobus qarajının rəhbərliyi onu işə geri qəbul etmir. Onların sözlərinə görə yalnız rəsmi şəkildə məsələnin işıqlandırılması və araşdırılmasından sonra vətəndaşı yenidən işə bərpa edə bilərlər. Əlimdən gələni etdim, amma mən də sadə vətəndaşam. Başqa nə edə bilərəm, bilmirəm".