Bakının mərkəzində bu ərazi də plana düşdü - Evlər artıq sökülür- VİDEO

 09:36 29.06.2024     367

Paytaxt ərazisində yeni istirahət zonası salınacaq.

Redaktor.az xezerxeber.az-a istinadla xəbər verir ki, artıq bununla bağlı işlərə start verilib. Ərazidə qəzalı vəziyyətdə olan bir neçə ev sökülüb.

Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, abadlıq-quruculuq işləri çərçivəsində Xətai rayonunda da müxtəlif tədbirlər görülür.

Onun sözlərinə görə, sözügedən ərazidəki tikililər paytaxtın estetik görkəminə xələl gətirirdi.

Qurum rəsmisi qeyd edib ki, Kamandar Əhmədov və Həmid Abbasbəyli küçələrindəki qəzalı vəziyyətdə olan evlər də sökülür.

Daha ətraflı videomaterialı təqdim edirik: