"İctimai nəqliyyatda bilet gedişlə deyil, zamanla olmalıdır" - Natiq Cəfərli
"Taksi xidmətini bilərəkdən bahalaşdırdılar, dedilər ki, məqsəd ictimai nəqliyyatdan istifadəni artırmaqdır. Bu qərardan sonra, məntiqlə ictimai nəqliyyat daha əlçatan, daha keyfiyyətli olmalı idi. Amma ictimai nəqliyyatda da qiymətlər bahalaşdı. Yaxşı, bunun məntiqi nədir?!"
Redaktor.az xəbər verir ki, bu sözləri tanınmış ekspert Natiq Cəfərli öz feysbuk hesabında ictimai nəqliyyatda gedişhaqqının qaldırılmasına münasibət bildirərkən qeyd edib.
"İllərdir deyirik ki, ictimai nəqliyyatda qiymət birdəfəlik gedişə görə tənzimlənmir, bu doğru deyil, birdəfəlik bilet 50 qəpik ola bilər, bu turistlərə, nəqliyyatdan az-az istifadə edənlərə aid olmalıdır. Amma günlük, həftəlik, aylıq, 6 aylıq və illik istifadə müddəti gediş sayı ilə deyil, zamanla məhdudlaşdırılan biletlər olmalıdır. Məsələn, saatlıq bilet 50 qəpiyə, günlük bilet 1,5 manata, aylıq 25 manata, 6 aylıq 110 manata, 1 illik 170 manata biletlər olmalıdır. Bu zaman avtobus şirkətləri, metro öncədən vəsait toplayır deyə, işlərini doğru planlaya bilirlər, vətəndaşa da sərfəli olur".
Sultan AYXAN