Qarpız satanlar "od püskürdü"- "Qiymət aşağıdır..."
Artıq bir neçə gündür ki, Sabirabadda bostan sahələrində qarpız yığımına başlanıb.
Redaktor.az xəbər verir ki, fermerlər bu il qiymətlərin ötən illə müqayisədə xeyli aşağı olmasından narazıdırlar.
Onlar bunun səbəbini məhsulun bol olması, həmçinin havanın son günlər qeyri-sabit keçməsi ilə əlaqələndirirlər.
"Mart ayından əkilən qarpızdır. Qiymət qane etmir. 50 qəpikdən satmağa başladım, 25 qəpiyə kimi enmə olub. İki hektar sahəyə təxminən 14 min manat pul qoymuşam. Toxuma, fəhlə puluna xərc çox çıxır, baha başa gəlir", - fermer narazılığını bildirib.
Ətraflı videomaterialda: