Hotellərin halallaşması "pul tələsi"dir - İlahiyyatçı alim

 19:50 05.07.2024     676

Azərbaycanda hotellərə "halal" sertifikatı veriləcək. Bu barədə Dövlət Turizm Agentliyindən bildirilib. Məlumatda qeyd olunub ki, hotellər maraqlı olduğu təqdirdə halal sertifikatlaşmadan keçib, özlərini müştərilərinə "halal hotel" kimi təqdim edə biləcəklər.

Ümumiyyətlə, “halal hotel” sertifikatı nədir? Hotellərin halal olması nəyə xidmət edəcək?

Mövzu ilə bağlı bağlı Redaktor.az-a danışan ilahiyyatçı alim Əkrəm Həsənov bildirdi ki, Azərbaycanda hotellərə halal sertifikatının verilməsi doğru yanaşma deyil:

Əkrəm Həsənov-İlahiyyatçı-alim - Sputnik Azərbaycan

“Düzdür, bu konsepsiya dünya təcrübəsində mövcuddur. Müsəlmanlar üçün münasib şərait yaradan “halal” hotellər dünyanın müxtəlif ölkələrində. xüsusən də Malayziya, İndoneziya və Türkiyədə geniş yayılıb.

Azərbaycan isə dünyəvi dövlətdir. Şəriətin qadağan etdiyi bir çox məqamlara bizim ölkədə qanunla qadağa yoxdur. Mən düşünürəm ki, ölkəmizdə hər şey qanunla yüksək səviyyədə tənzimlənir. Elə müsəlman ölkələri var ki, hotellərdən zina işlər, fahişəlilik üçün istifadə olunur. Ona görə də, ailəvi müştərilərin rahat istifadəsi üçün hotellərə "halal" sertifikatı verilir. Bu sadəcə müştərlərin sayının artması üçün "pul tələsidir". Azərbaycanda isə bu kimi hallar qadağandır. Belə ki, hotellərdə fahişəliyin yayılmasına qanunla icazə verilmir. Belə hallar aşkarlandıqda qanunla tənzmilənən icraatlar həyata keçirilir. Həmçinin hotellərdə gecələyən cütlüklərin nikah kağızları tələb olunur. Bu həm dinimizə uyğundur, həm də qanunlarımızla tənzimlənir". 

Sultan AYXAN