Bakıda ölüm təhlükəsi yaradan oyuncaqlar SATILIR?
Bakıda bəzi oyuncaq mağazalarında lazer fanarlar satılır. Bu oyuncaq lazerlərin digərlərindən fərqi isə istənilən əşyanı deşmək gücünə malikdir.
Maraqlıdır, belə təhlükəli oyuncaqlar necə satışa buraxılıb?
Təhlükəsizlik eksperti Elmar Nurəliyev bu barədə Redaktor.az-a bildirdi ki, oyuncaq mağazalarından uşaqlar üçün istənilən əşyanı alarkən mütləq onun mənşə sertifikatını tələb etmək lazımdır:
"Həmin sertifikatda malın istehsal olunduğu ölkə, müəssisənin adı, kod-nişan nömrəsi, oyuncağın təhlükəsiz istifadəsinə dair tələblər, tərkibi, saxlanılma şəraiti, zərərləri, istifadə üsulu öz əksini tapır. Mənşəyi məlum olmayan, təhlükəsizlik sertifikasiyası olmayan məhsuldan düzgün təyinat üzrə istifadə olunmayanda müəyyən risklər meydana çıxır. Bəzən sosial şəbəkələrdə də uşaqlar üçün nəzərdə tutulmuş bəzi oyuncaqları görürük, halbuki həmin əşyalar yanğın təhlükəsi belə yarada bilər. Əgər bir lazer işığı hansısa əşyanı yandırıb deşirsə, bunun uşaqlar üçün, eləcə də digər şəxslər və əmlaklar üçün təhlükəli vəziyyətləri yarana bilər. Buna görə də valideynlər bu cür məsələlərdə diqqətli olmalı və uşaqları çəkindirməlidirlər".
Sevinc İBRAHİMZADƏ
.