Çimərliyə zibil atan 1000 manat cərimə olunacaq? - Nazirliyin qərarına aydınlıq gətirildi

 19:36 19.07.2024     964

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı çimərliklərinə zibil atan, ətraf mühiti çirkləndirənlərə qarşı mübarizəni gücləndirmək məqsədilə cərimələr tətbiq etməyə başlayıb. Belə ki, qayda pozuntusu üzrə 1000 manat cərimə nəzərdə tutulub. Hətta qanun pozuntusu barədə nazirliyin “168” nömrəli qaynar xəttinə məlumat vermək də mümkündür.

Bəs cərimə məbləğinin yüksək olması nəyə əsasən müəyyən olunub?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov məsələ ilə bağlı Redaktor.az-a açıqlama verdi.

O bildirdi ki, cərimənin məbləği əraziyə dəymiş ziyanın miqdarından asılı olaraq dəyişir.

"Yəni bu o demək deyil ki, kiçik bir zibil atan şəxs də 1000 manat cərimələnsin, bir maşın zibil boşaldan da 1000 manat cərimələnsin. Yazılan məbləğ maksimumdur", - deyə A.Məmmədov bildirdi.

Sevinc İBRAHİMZADƏ