İlin yarısınadək əhaliyə ödənilən sosial müavinətlər AÇIQLANDI
![](https://img.redaktor.az/news/2024/07/photo_248584.jpg?v=MDE6MDIyMDI0LTA3LTI3IDEyOjU1OjEy)
Sosial ödənişlərə yönəldilən vəsaitlərdə artım dinamikası 2024-cü ilin 6 ayında da davam edib.
Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, cari ilin yanvar-iyun ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 4 mlrd. 382 mln. manat vəsait ödənilib.
Bu da ötən ilin müvafiq dövrünə nisbətən 408,5 mln. manat və ya 10,3 faiz çoxdur.