Prezident bu fondun gəlir və xərclərini ARTIRDI

 14:31 29.07.2024     524

İcbari tibbi sığorta fondunun builki büdcəsinin gəlir və xərcləri artırılıb.

Redaktor.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2427 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanla icbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin gəlirləri və xərcləri 2 811 428 292,00 manatdan 2 850 308 292,00 manata qaldırılıb.