Azərbaycanda hər 10 min uşağa 13 pediatr düşür

 18:53 27.08.2024     345

2024 - cü ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 3544 pediatr həkim fəaliyyət göstərir.

Redaktor.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin "Azərbaycanda uşaqlar" məcmuəsində əks olunub.

Qeyd edilib ki, 18 yaşınadək uşaqların hər on min nəfərinə 13 həkim - pediatr düşür. Xəstəxanalarda uşaqlar üçün 4 271 nəfərlik çarpayı fondu var. Ölkədə 11 uşaq sanatoriyası fəaliyyət göstərir.

Qeyd edək ki, 2016-cı ildə 18 yaşınadək uşaqların hər on min nəfərinə 15 həkim - pediatr düşüb.