Azərbaycanda meymunçiçəyi aşkarlanıb? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda bu günədək meymunçiçəyi virusuna şübhəli hallar qeydə alınmayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, ölkə ərazisində, xüsusi ilə sərhəd keçid məntəqələrində meymunçiçəyinə şübhəli hallar üzərində epidemioloji nəzarət gücləndirilib.