Sabah bu şəhərdə qaz OLMAYACAQ
![](https://img.redaktor.az/news/2024/09/photo_252849.jpg?v=MjI6MDEyMDI0LTA5LTA1IDIwOjIzOjU1)
Sabah Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Redaktor.az-a "Azəriqaz" İB-dən məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhərində pilot layihə çərçivəsində həyata keçiriləcək təmir-quraşdırma işləri ilə əlaqədar, sentyabrın 6-sı saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir-quraşdırma işləri aparılan müddətdə Sumqayıt şəhərinin 17-ci və 18-ci mikrorayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.