"Valideynlərin müdaxiləsi nəticəsində ailələrin dağılması geniş hal alıb" - Mehriban Zeynalova

 10:00 16.09.2024     299

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Şamaxıda ailəsi dağılan kürəkən qayınatasını qətlə yetirdi, qayınanasını isə yaraladı. E.Şeydayev iddia edib ki, onun ailəsini qayınanası dağıdıb.

Məsələylə bağlı Redaktor.az-a danışan “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, indi qız və oğlanın ailəsinin müdaxiləsi nəticəsində ailələrin dağılması geniş hal alıb.

Onun sözlərinə görə, tərəflərdən birinin valideyni şərtlər qoyur və qarşı tərəfdən onların istədiyi kimi davranmağı tələb edir:

“Müdaxilə edirlər. Belə halda qadın daha çox valideynlərinin tələbi ilə münasibətlərini tənzimləyir. Ola bilər ki, zorakılıq halı da olsun ki, valideyn ailənin boşanmasına təhrik edib. Lakin klassik olaraq daha çox tərəflərdən birinin valideyni ailəyə dəstək məqsədilə maddi yardım göstərir və bu dəstəkdən sonra səlahiyyətləri aşma, ailəyə müdaxilə, ailənin bütün işlərinə qarışma kimi davranışlar sərgiləyir. Nəticədə belə cinayətlər üçün təhrikedici addımlar atırlar”.

Vasif ƏLİHÜSEYN