Ölkə üzrə pensiyaların ödənilməsi bu tarixdə YEKUNLAŞACAQ
![](https://img.redaktor.az/news/2024/09/photo_254273.jpg?v=MTc6NDcyMDI0LTA5LTE3IDE3OjA0OjI5)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Bu barədə Redaktor.az-a DSMF-dən məlumat verilib.
Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.