Bakıda daha bir məktəbin direktoru işdən ÇIXARILDI

 19:51 17.09.2024     187

Azərbaycanın Milli Qəhrəmanı Aytəkin Məmmədov adına 38 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edilib.

Redaktor.az-ın Modern.az-a istinadən məlumatına görə, Yaqut Əfəndiyeva işdən çıxarılıb.

O, çalışmanın son yaş həddinə çatma səbəbi ilə əmək fəaliyyətini başa vurub.

Məlumatı məktəbdən təsdiq ediblər. Bildirilib ki, hazırda direktorun səlahiyyətlərini təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə Ələsgər qızı Bəkirova icra edir.

Qeyd edək ki, Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova da vəzifəsindən azad edilib.