İşçinin maaşından tutulan məbləğ nə qədərdir?

 14:05 18.09.2024     343

Rəsmi əmək müqaviləsi ilə ilk dəfə işə götürülən bəzi işçilər hesab edirlər ki, onun maaş kartına müqavilədə qeyd olunan əməkhaqqı köçürüləcək. İlk ayda bank kartında müqavilədə yazılan maaşı görməyən işçi müdiriyyətə bununla bağlı məlumat verdikdə isə maaşın bir hissəsinin müəyyən rüsumlara ödəndiyi bəlli olur.

Bəs işçinin maaşından tutulan rüsum nə qədərdir?

Bu barədə hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, ilk növbədə işçi ümumi əməkhaqqının həcmini bilməlidir və məlumatlı olmalıdır ki, tam alacağı məbləğ vergilərə və sosial ödənişlərə cəlb olunur:

"Özəl sektorlarda isə 8 minə qədər əməkhaqqı gəlir vergisinə cəlb olunmur, burada sadəcə sosial ödənişlər qalır. Bu isə işçi və işəgötürən arasında bölüşdürülür. Dövlət Sosial Müdafiə Fonduna ödəmələr 200 manatadək olan hissədə 3-22 % nisbətindədir. İşçinin əməkhaqqının 200 manata qədər hissəsindən 3 faiz, daha yuxarı hissəsindən isə 10 faiz işçi, 15 faiz isə işəgötürən ödəyir. Bundan əlavə, işçinin əməkhaqqından 2 faiz icbari tibbi sığortaya, 0,5 faiz isə İşsizlikdən Sığorta Fonduna tutulmalar var".

Sevinc İBRAHİMZADƏ