"Sosial şəbəkələr boşanmaları təbliğ edir" - Tanınmış psixoloq

 17:53 27.09.2024     561

"İndiki zəmanədə ailələrdə böyüklərin sözü keçmir".

Bu barədə son illərdə Azərbaycanda boşanmaların sayının artması barədə Redaktor.az-a danışan psixoloq Zeynəb Əyyubova bildirdi.

Onun sözlərinə görə, artıq ailələrin dağılmasının əsas səbəblərindən biri ailələrdə böyüklərin, ağsaqqalların olmamasıdır:

"Ya da o ailələr var ki, orada indiki gənclərin onları eşitməməsidir. Yəni "mən bir gəncəm, ailə həyatıma qarışma və ya evlənmək istəyirəm, mənim məsləhətini eşidəcək, məsləhətinə qulaq asacaq bir kimsəm yoxdur". Bax belə problemlərdə ailələrin dağılmağı daha çoxalır".

Psixoloq xəbərdarlıq etdi: “Ehtiyatlı olun! – Valideyn bunu gec başa düşür”  Yeni Sabah

Psixoloqun sözlərinə görə, sosial şəbəkələr boşanmaları təbliğ edir:

"Bundan başqa, sosial şəbəkələrdə - TikTokda, instaqramda fenomenlik və yaxud daha çox populyarlığa meyillilik, artıq kişisiz də yaşamaq olar anlayışını insanlara yeridirlər. Qadın görür ki, mən evliyəm, amma bədbəxtəm, amma filankəs subaydır, istədiyi kimi yaşayır və s. Artıq bir cərəyan yaranır və bu şüuraltı təbliğlərdən dolayı da artıq boşanmaların sayı əvvəlki illərə nisbətdən daha çoxalıb".

Zeynəb Əyyubova boşanma hallarının azalması üçün böyüklər və gənclərə boşanmaq əvəzinə problemin həllinə yönəlməklərini məsləhət gördü.

Türkan İSGƏNDƏRLİ