"Avtobus zolağı bir, velosiped zolağı iki, balaca yolu bölürlər, tıxaclar da artır"

 12:52 09.10.2024     131

“Bizim yollardan çox narazıyam. Həddindən artıq. Avtobus zolağı bir, velosiped zolağı iki, balaca yolu bölürlər. Tıxaclar da artıqca, artır. Buna da səbəb həmin balaca yolu zolaqlara ayırmalarıdır. Ola bilsin, o da lazımdır. Amma onu böyük yolda edərlər. Yol salanda bütün bunları nəzərə alıb enli etmək lazımdır. Yoxsa ki, hazır balaca yoldan kəsib nələrsə edib tıxac yaradırlar. Tıxacların 80 faizi elə həmin zolaqlara görə yolların balacalaşmasından yaranıb”.

Redaktor.az xəbər ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov qonaq olduğu “Ekstra müsahibə” verilişində deyib.

Şükürov, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətini sərt şəkildə tənqid edib:

“AYNA-dan çox narazıyam. Ora peşəkarcasına işləməlidir. Peşəkarlar dəvət etmək lazımdır. Yoxsa ki, biri avtomobilini qoydu, tez onu çəkdilər, cərimə etdilər. Bu nə qədər düzgündür? Yaxşı qazanc yeri tapıblar. Narazıyam, buradan da deyirəm, əgər bu işi bacarmırlarsa, xarici ölkələrdə şirkətlər var, onları dəvət etsinlər. Amerikada, İngiltərədə yolları idarəetmə şirkətləri var. Onlar gəlib yarım il və ya bir il ölkədə yaşayıb yolun səmtini dəyişirlər. Bacarmırlarsa, məni çağırsınlar, başa salım. Bizdə bir çox yollar dalanlardan ibarətdir, onları açın da. Bir-ikisi açılıb, hərəkət var. Niyə o yolları açmırlar? İmkan da var. Nəinki mən, 99 faiz avtomobil idarə edənlər narazıdır”.