Laçında tramvay xətti ÇƏKİLƏCƏK
Yaxın zamanda Laçın şəhərinin Heydər Əliyev küçəsində hotel, qalareya, iaşə obyektləri, konsert zalı, teatr və yaradıcılıq mərkəzləri layihələndirilərək tikilib başa çatdırılması və həmçinin elektrik tramvay xəttinin çəkilməsi planlaşdırılır.
Redaktor.az xəbər verir ki, bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətində İcraçı direktorun vəzifələrini icra edən Tofiq İslamov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.
“Heydər Əliyev küçəsi turistik zonası olaraq nəzərdə tutulduğu üçün həmin ərazidən kanat xətti şəhər üzərindən Həkəri çayı kənarı bulvara qədər çəkiləcək”, - deyə o əlavə edib.