Veteranlar Təşkilatı Ağakərim İbrahimovun vəfatı ilə bağlı başsağlığı VERDİ

 19:07 18.10.2024     92

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ağakərim İbrahimovun vəfatı ilə bağlı başsağlığı verib

Redaktor.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun vəfatı ilə bağlı mərhumun yaxınlarına başsağlığı verib, Allahdan səbr diləyib. 

Ağakərim İbrahimovun Mübariz İbrahimov kimi böyük vətənpərvər yetişdirdiyinə diqqət çəkən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, onun xatirəsinin hər zaman ehtiram hissi ilə yad ediləcəyini, xalqımız tərəfindən daim hörmətlə anılacağını bildirib.

Allah rəhmət eləsin!