Müharibə veteranlarına şad xəbər: 80 manat bu qədər artacaq

 23:52 21.10.2024     956

Son günlər bir çox sahədə sosial müavinətlərin artırılması müzakirə edilir. Hazırda müharibə veteranlarının aylıq müavinəti 80 manatdır. Bəs görəsən onlara dövlət tərəfindən ayrılan müavinət artırıla bilərmi?

Redaktor.az xəbər verir ki, mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, bu müavinətlərin artırılması gözləniləndir:

"Bu müavinətlərin artırılmasına ehtiyac var. Çünki ən son təyin olunan məbləğdən sonra keçən dövr ərzində ölkədə xeyli bahalaşmalar yaranıb. Pul öz dəyərini itirib. Buna görə də bu məbləğin alıcılıq qabiliyyəti təyin olduğu dövrə görə iki dəfə azdır. Yəni faktiki götürsək, indiki dövrdə ən azı 150 manat təyin olunmalıdır. Çünki artıq 80 manata heç nə almaq mümkün deyil. Həm ərzağın qiyməti, həm nəqliyyatda gediş haqları, həm dərmanların qiyməti artıb. Bu o deməkdir ki, pulun əmtəə dəyəri son iki ildə iki dəfə aşağı düşüb. Buna görə mən hesab edirəm ki, veteranlıq üçün alınan müavinət ən azı 2 dəfə artırılmalı, minimum 150 manata çatdırılmalıdır. Çünki bu adamlar müharibədə iştirak edib, vətən uğrunda sağlamlıqlarını qurban veriblər. Amma indi onların əksəriyyəti sosial cəhətdən aztəminatlıdır. Onların arasında çox az maaşa işləyənlər, hətta işsizlər belə var. Dövlət bu məsələdə öz köməkliyini göstərməlidir. Bu müavinətlərin artırılması gözləniləndir, lakin məbləğin 150 manatdan daha çox olması isə gözlənilmir".