“Bəzi valideynlər qürrələnir ki, yaxşı qız böyütmüşəm, evdə qalmır”

 12:57 28.10.2024     416

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə 16 yaşlı qızın öz qohumu tərəfindən Bakıdan Cəlilabada qaçırılması müzakirələrə səbəb oldu. Belə məlum olur ki, bəzi valideynlər hələ də erkən nikahın məsuliyyətini dərk etmirlər.

Məsələylə bağlı Redaktor.az-a danışan “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib ki, valideynlər qızlarını qohuma verməklə düşünürlər ki, onunla yaxşı davranacaqlar.

Onun sözlərinə görə, onlar sonradan qohum nikahlarına icazə verilmədiyini biləndə bundan imtina edirlər və nəticədə də oğlan qızı götürüb qaçırıb:

“Baş verən hadisədə bu isə qarşı tərəfin hissiyatına toxunub. Yaxud da başqa amillər aşkarlanıb və imtina ediblər. Görüntülərdən də məlum olur ki, qız uşaqdır, elə də inkişaf etməyib. Yəni valideyn burada stimulverici tərəf olub. Valideynlər arasında belə bir qürrələnmə də var ki, mən yaxşı qız tərbiyə etdiyim üçün tez ərə gedir, evdə qalmır”.

Vasif ƏLİHÜSEYN