Bu metrostansiyalarda tibb məntəqələri YARADILACAQ
COP29 tədbiri keçirilən zaman əhalinin tibbi xidmətə təminatını təşkil etmək üçün bir neçə yerdə tibb məntəqələri yaradılacaq.
Redaktor.az xəbər verir ki, bunu COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dair brifinqdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov deyib.
O bildirib ki, bu istiqamətdə aparılan tədbirlər çərçivəsində “Koroğlu", "28 May", "Elmlər Akademiyası" metro-stansiyalarında tibb məntəqələri təşkil ediləcək: "Həmçinin "MIDA" Yaşayış Kompleksində yeni məntəqəsinin yaradılması planlaşdırılır"