“Tibb sahəsində kadr çatışmazlığı doğrudan da var" - Əhliman Əmiraslanovdan həmkarlarına DƏSTƏK

 12:21 01.11.2024     531

Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Səyyad Salahlı məvacib az olduğu üçün həkimlərin ölkəni təkr etdiyini və tibbi sığorta olan xəstəxanalarda isə insanlara kobud davranıldığını bildirib. Deputat Aqil Abbas isə çıxışında xüsusi imtiyazlarla həkimlərin rayonlara təyinatla göndərilməsini təklif edib.

Redaktor.az xəbər verir ki, millət vəkili Əhliman Əmiraslanov da çıxışı zamanı həmkarlarının dediklərində həqiqət olduğunu bildirib:

“Tibb sahəsində kadr çatışmazlığı doğrudan da var. Bu, isə bizi narahat edən məsələdir. Problemlərin hamısı aktualdır. Lakin Azərbaycanda səhiyyənin tamamilə aşağı səviyyədə olması fikri ilə razılaşmıram.

İcbari Tibbi Sığorta işləyir, insanların İTS-dən məmnunluğu artır. Bunlar get-gedə artır. Lakin həmkarım Aqil Abbasın həkimlərin təyinatı ilə bağlı fikirlərinə aid deyə bilərəm ki, Azərbaycanda təyinat məsələsi var. Bu, isə rezidentura çərçivəsində olur”.

Türkan İSGƏNDƏRLİ