Mədəniyyət naziri şəhid ailələri və qazilərlə görüşdü - Foto

 16:20 08.11.2024     556

Qobustan Milli Tarix-Bədii Qoruğunda Vətən Müharibəsindəki Şanlı Qələbəmizin 4-cü ildönümü münasibətilə bayram tədbiri keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirdə Mədəniyyət naziri Adil Kərimli şəhid ailələri və qazilərlə görüşüb. Şəhid ailələri və qazilər qarşısında çıxışı zamanı Nazir qeyd edib ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti və şanlı ordumuzun qüdrəti sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, noyabrın 8-i xalqımızın tarixinə qızıl hərflərlə yazılıb.

Bu gün üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı işğaldan azad olunmuş torpaqlarımıza böyük qayıdış davam edir. Tarixi abidələrimiz bərpa olunur. Biz bu tarixi Zəfərimiz üçün torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən, al qanlarıyla tarix yazan şəhidlərimizə borcluyuq.

Bayram münasibətilə şəhid ailələri və qaziləri təbrik edən nazir onlarla xatirə şəkli çəkdirib.

Sonra tədbir iştirakçıları əl işlərindən ibarət sərgiyə baxış keçirib.

22222