“Vergi qanunvericiliyi sadələşdirilməlidir" - Razi Nurullayev

 16:52 25.11.2024     4524

“Biz öz problemlərimizi dilə gətirməsək, tənqid etməsək, onlar həll olunmaz. Büdcədən xeyli vəsait ayrılır, amma səmərəliliyi çox az gedir. Deyərdim ki, yeyinti halları da çox olur. Ona görə büdcə vəsaiti lazımlı, yerində xərclənsin”

Redaktor.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən iclasında deyib.

R.Nurullayev kəndlərdə sosial vəziyyətin yaxşılaşdırılmasını təklif edib:

“Vergi qanunvericiliyi sadələşdirilməlidir. İstəyim odur ki, kəndlərdə vəziyyət yaxşılaşdırılsın, camaat şəhərə axın etməsin. Qarabağ abadlaşdırılır, amma bu təkcə orada yox bütün bölgələrdə olmalıdır. Hazırda mövcud qanun kağızı olmadan heç kim evinə qaz, su, işıq çəkə bilmir. Ona görə bu məsələdə müəyyən sadələşdirilməyə ehtiyac var. O cümlədən İmişlidə kanalizasiya problemi var”.

Türkan İSGƏNDƏRLİ