"Sosial yardımla bağlı yoxlamalarda insanların qazanlarına baxılmasın" - Razi Nurullayev
"Hər bir rayon və qəsəbədə icra hakimiyyəti var. Onlar əhali arasında yoxlama apara bilər ki, hansı ailənin sosial yardıma ehtiyacı var".
Redaktor.az xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev parlamentin bugün keçirilən plenar iclasında deyib.
"Nazirlik rayonda özü də köməklik göstərməlidir. Onların əsas məqsədi yardım etməkdir. Buradan nazir Sahil Babayevə müraciət edirəm ki, sosial yardım üçün yoxlamalar aparılarkən insanların qazanlarının içinə baxılmasın. Evində 1 kisə ununun olması, o demək deyil ki, onun yardıma ehtiyacı yoxdur", - millət vəkili qeyd edib.
Türkan İSGƏNDƏRLİ