"16 min şəhid ailəsinə mənzil, 7,7 min müharibə iştirakçısına avtomobil verilib" - Nazir

 12:16 27.11.2024     249

"Komitə iclaslarında 40-a yaxın sual cavablandırdıq, ancaq görünür ki, qane etməyib. Həmin məsələlər yenidən eyni formatda qaldırılır".

Redaktor.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkillərinin qaldırdığı problemlərə cavab olaraq dedi.

"Bu dövr ərzində əmək sahəsində çox böyük transformasiya baş verdi. İş müqavilələrin sayı artdı. Sosial islahatlar paketi 4 milyon əhalini əhatə edir ki, bu da böyük rəqəmdir. Müharibə iştirakçısı və şəhid ailələri mövzusuna gəlsək, 106 min insana sosial ödəniş edilib, 16 min şəhid ailəsinə mənzil, 7.7 min müharibə iştirakçısına avtomobil verilib, 24 min ailəni özünəməşğulluq proqramına cəlb etmişik", - deyə nazir qeyd edib. 

Türkan İSGƏNDƏRLİ