Elmi cəhətdən sübut edildi: Kişilərin əhvalını o idarə edir – Araşdırma
Kaliforniya Universitetində bir araşdırma qrupu testosteron hormonunda gündəlik dalğalanmaların kişilərin sosial davranışlarına təsirini göstərən yeni bir araşdırma aparıb.
Redaktor.az xəbər verir ki, tədqiqat 41 kişi üzərində aparılıb və 31 günlük müşahidə dövrünü əhatə edib. Bu müddət ərzində həm testosteron səviyyələri, həm də sosial qarşılıqlı əlaqə haqqında məlumatlar toplanıb.
Tədqiqatın nəticələri göstərib ki, testosteron səviyyələrində artım xüsusilə yeni sosial əlaqələr yaratmaqda və ya rəqabət mühitində daha çox səy göstərmək meyli ilə əlaqələndirilir.
Araşdırma sübut edib ki, testosteron insan davranışında düşündüyümüzdən fərqli rol oynaya bilər.
Artan testosteronun təsiri xüsusilə subay kişilərin sosial mühitlərdə potensial əlaqələrin qurulması istiqamətində davranışlarında müşahidə edilib. Subay kişilər potensial olaraq romantik aşiq olmağa meyl etdikdə, testosteron səviyyələrindəki dəyişikliklər tədqiqat mövzusuna çevrilir.
Tədqiqat aparan komanda bu nəticələrin hormon səviyyələrindəki dəyişikliklərin sosial strategiyalarda oynadığı rolu anlamaq yolunda mühüm addım olduğunu vurğulayıb.
Həm də o da sübut olunub ki, hormonlar təkcə fizioloji proseslərə deyil, həm də rəqabət və sosial kontekstdə əlaqələr qurmaq kimi davranışlara da təsir göstərə bilər.
Vasif ƏLİHÜSEYN