Ən aşağı kredit faizləri bu rayonlarda VERİLİR

 21:04 01.12.2024     152

Azərbaycanda kreditlər üzrə faiz dərəcələrinin ən yüksək həddi Dağlıq Şirvan iqtisadi rayonunda (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı) qeydə alınıb.

Redaktor.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, bu rayonlarda kreditlər üzrə orta faiz dərəcəsi 19,21% olub.

Ən aşağı faiz dərəcəsi isə paytaxt Bakıda (11,68%) müşahidə olunub.

Verilən kreditlərin 76,8%-i (20,8 milyard manat) Bakı şəhərinin payına düşdüyü üçün ölkə üzrə ümumi kredit faizləri regionlarla müqayisədə aşağı (13,04%) olub.

Xarici valyuta ilə verilən kreditlər üzrə ən yüksək faiz dərəcəsi Mil-Muğan iqtisadi rayonunda (Beyləqan, İmişli, Saatlı və Sabirabad) qeydə alınıb. Bu rayonda xarici valyuta ilə verilən kreditlər üzrə faiz dərəcəsi 15,01% təşkil edib. Xarici valyuta ilə verilən kreditlər üzrə ən aşağı faiz dərəcsi isə Gəncə-Daşkəsən iqtisadi rayonunda qeydə alınıb - 5,09%.

Milli valyuta ilə verilən kreditlər üzrə ən yüksək faiz dərəcsi Dağlıq Şirvan iqtisadi rayoninda qeydə alınıb ki, bu iqtisadi rayonda faiz dərəcəsi 19,24% olub. Ən aşağı faiz dərəcəsi isə Bakıda qeydə alınıb. Bakıda milli valyuta ilə verilən kreditlər üzrə orta faiz dərəcəsi 13,36% təşkil edib.