"Bütün tələblərin dövlət büdcəsi ilə təmin olunması qeyri-mümkündür” - Komitə sədri
“Etiraf etmək lazımdır ki, bütün tələblərin dövlət büdcəsi ilə təmin olunması qeyri-mümkündür”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında komitə sədri Azər Əmiraslanov deyib.
O, dövlətin suverenliyini qorumaq üçün əlindən gələn hər şeyi etdiyini bildirib:
“Büdcə layihəsini təqdim edərkən, ümumiləşdirərək qeyd edə bilərəm ki, sosial rifahın yaxşılaşdırılması üçün ayrılan vəsait onu göstərir ki, dövlət xalqın qeydinə qalır. Müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəasitin artırılması o deməkdir ki, Azərbaycan öz suverenliyini qorumaq üçün əlindən gələn hər şeyi edir".
Türkan İSGƏNDƏRLİ