"Küçələrdə təmizlik işləri ilə məşğul olanlar 450 manat maaş alır" - Qüdrət Həsənquliyev

 11:20 03.12.2024     621

“Hər il büdcənin gəlir və xərcləri artır, iqtisadiyyat genişlənir.  ÜDM-in həcmi 3,5 artım qane etməməlidir”

Redaktor.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Millət vəkili özəl müəssisələrin özəlləşdirilməsini təklif edib:

“Təəssüf ki, qeyri-neft üzrə xərclər məlum deyil. Dövlət neft fondunun gəlirlərinin bir qismi ölkəyə gətirilməlidir. Küçələrdə təmizlik işləri ilə məşğul olanlar 450 manat maaş alır. O cümlədən Akademiyada çalışanların maaşı 750 manatdır.  Bunlar azdır və artırılmalıdır. Ölkədə dövlət müəssisələri özəlləşdirilməli, xarici şirkətlər ölkədən çıxarılmalıdır”.

Türkan İSGƏNDƏRLİ