Yeni iş yerləri açılacaq, sosial rifah yaxşılaşacaq - Hikmət Babaoğlu

 11:46 03.12.2024     837

"Biz büdcəyə yalnız rəqəmlərin statistikası kimi baxsaq, düzgün nəticəyə gələ bilmərik".

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Hikmət Babaoğlu parlamentin bugünkü plenar iclasında deyib.

"Büdcəmizin gəlir mənbələri 2 milyarddan çox fiziki şəxslərin gəlir vergiləri, 6 milyarddan çoxu hüquqi şəxslərin ödədiyi vergidən əldə olunan məbləğdir. Bu o deməkdir ki, bu gün hüquqi şəxslər subyektlər kimi fəaliyyət göstərir, iş yerləri açır və əldə etdikləri gəlirlərdən vergi ödəyirlər. Büdcəmizin 8 milyard mədaxili ƏDV-dən ödənilən xərclərdir. 4 milyard isə idxal vergisindən, yəni vətəndaşların, istehsal, sənaye müəssislərinin istehsal üçün idxal etdiyi məhsullardan ödədiyi gəlirlərdir", - H.Babaoğlu bildirib.

Türkan İSGƏNDƏRLİ